Moratanın cəzasını azaltdı - federasiya
12.12.2020 - 00:00
“Yuventus”un futbolçusu Alvaro Moratanın cəzası yüngülləşdirilib.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı İtaliya Futbol Federasiyası verib.
Qurum “Benevento” ilə A seriyasının oyununda (1:1) hakimə qarşı qeyri-etik davranışı üçün 2 oyunluq diskvalifikasiya olunan hücumçu ilə bağlı apelyasiyanı müsbət cavablandırıb. Cəzası bir oyuna endirilən Morata “Cenoa” ilə həftəsonu keçiriləcək qarşılaşmada meydana çıxa biləcək.
Qeyd edək ki, Alvaro 8 min avro cərimə ödəməli olacaq.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0