“Barselona”nın yarımmüdafiəçisi Riki Puç İtaliyaya köçə bilər.
Apasport.az saytının məlumatına görə, “Roma” 22 yaşlı ispaniyalı futbolçunun xidmətində maraqlıdır.
Baş məşqçi Ronald Kumanın güvənmədiyi gənc oyunçunun yay fasiləsində icarəyə verilmək variantı yaransa da, özü komandada qalmağı üstün tutmuşdu. Ancaq indi 17 yaşlı Qavinin performansı Puçun əsas heyətə yolunu bağlayıb. “Roma”nın baş məşqçisi Joze Mourinyo isə onu mütləq sərəncamında görmək istəyir və bunu rəhbərlikdən tələb edib.
Qeyd edək ki, cari mövsüm 4 oyunda iştirak edən Riki Puçun transfer qiyməti 15 milyon avro dəyərindədir.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər