Mövsümü başa vurdu - "Arsenal"ın futbolçusu
09.03.2020 - 17:13
"Arsenal"ın futbolçusu Lukas Torrerya uzun müddətə sıradan çıxıb.
Apasport.az saytının məlumatına görə, "Portsmut"la qarşılaşmada zədələnən yarımmüdafiəçi tibbi müayinədən keçib.
Topuq nahiyəsində qırıq aşkarlanan 24 yaşlı uruqvaylı oyunçunun ən azı 8-10 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Bu isə o deməkdir ki, Torreyra üçün mövsüm başa çatıb.
Qeyd edək ki, "Arsenal" Lukas Torreyranı 2018-ci ildə "Sampdoriya"dan 30 milyon avroya transfer edib.
0
0