Ötənlərin məşhur futbolçuları Qari Lineker və Alan Şirer mərcə girib.
Apasport.az saytının məlumatına görə, ingiltərəli sabiq futbolçular bir televiziya kanalında “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun cari mövsüm neçə qol vuracağı ilə bağlı proqnozlarını bildirib.
Lineker portuqaliyalının bu formasını davam etdirəcəyi təqdirdə 25 qol vuracağını iddia edib. Şirerin isə ona cavabı belə olub: “Səhv etmirəmsə, Ronaldo ayrılmazdan əvvəlki mövsüm “Mançester Yunayted”də 20-dən az qol vurmuşdu. Fikrimcə, bu dəfə 20 qol vuracaq”.
Qeyd edək ki, Ronaldo bu mövsüm Premyer Liqada 3 dəfə fərqlənib.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər