Məşqçiliyə başladı - Van Persi
06.03.2020 - 13:24
Hollandiya millisinin sabiq hücumçusu Robin van Persi məşqçiliyə başlayıb.
Apasport.az saytının məlumatına görə, 36 yaşlı mütəxəssis “Feyenoord”un məşqçilər korpusuna cəlb edilib.
“Feyenoord”un yetirməsi olan van Persi komandada hücumçularla işləyən məşqçi təyin olunub. Rəhbərlik onun Robert Bojenik kimi gənc hücumçuların inkişafında böyük rol oynayacağını düşünür.
Qeyd edək ki, futbolçu karyerasını başladığı “Feyenoord”un heytində ötən il bitirən Robin van Persi “Arsenal”, “Mançester Yunayted” və “Fənərbaxça”nın da formasını geyinib.
0
0