Müller transferə çıxarılır
05.02.2022 - 22:22
“Bavariya” yarımmüdafiəçisi Tomas Müllerlə yollarını ayıracaq.
Apasport.az saytının məlumatına görə, Münhen klubu ulduz futbolçusu ilə yeni sözləşməyə isti yanaşmır.
Bundesliqa təmsilçisi 33 yaşlı hücumameyilli oyunçunun müqavilə müddətinin gələn ilin yayına qədər olduğunu nəzərə alaraq, mövsümün sonunda onu transferə çıxaracaq. Rəhbərlik bir il sonra onu pulsuz yola salmaqdansa, bu yay satışından gəlir əldə etməyi üstün tutur.
Qeyd edək ki, “Bavariya”nın yetirməsi olan Tomas Müller 2008-ci ildən əsas komandada çıxış edir.
0
0