Mövsümün sonunda bir çox ulduz futbolçu azad agent statusu daşıdığından, yay fasiləsində əsas diqqətlər onların üzərində olacaq.
Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyasının yaratdığı maliyyə problemi səbəbindən böyük transferlər gözlənilmir.
Bəzi orta səviyyəli oyunçular isə münasib qiymətə istənilən komandanı gücləndirə bilər. Bu yazıda məhz həmin futbolçulara göz gəzdirəcəyik. Adlardan da göründüyü kimi, hər il olduğu kimi, bu yay da Fransadan çox sayda oyunçunun Avropanın müxtəlif tanınmış klublarına keçidi gözlənilir.
Mərkəz müdafiəçiləri:
Loik Bade (“Lans”) – 20 milyon avroluq transfer qiyməti
Samuel Umtiti (“Barselona”) – 15 milyon
Aissa Mandi (“Betis”) – azad agent
Cinah müdafiəçiləri:
Fabyen Kentonze (“Mets”) – 10 milyon
Romain Perro (“Brest”) – 10 milyon
Qonzalo Montiel (“River Pleyt”) - 10 milyon
Orta sahə oyunçuları:
Gerson (“Flamenqo”) – 30 milyon
Pape Matar Sarr (“Mets”) – 20 milyon
Temue Bakayoko (“Çelsi”) – 15 milyon
Vingerlər:
Kamaldin Suleman (“Nordsyelland”) – 8 milyon
Romeyn Favr (“Brest”) – 15 milyon
Hücumçular:
Pol Onuaçu (“Genk”) – 25 milyon
Andrea Belotti (“Torino”) – 30 milyon
Bulaye Dia (“Reyms”) – 15 milyon