Müqavilə imzalamağa razılaşdı – “Bavariya” ilə
11.08.2021 - 15:34
Müqavilə imzalamağa razılaşdı – “Bavariya” ilə

“Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmixlə bağlı qərar verilib.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu Bundesliqa klubundakı çıxışını davam etdirəcək.

Çünki 26 yaşlı oyunçu rəhbərliyin yeni müqavilə təklifini müsbət cavablandırıb. Almanlar bu barədə məlumatı gün ərzində açıqlamağı planlaşdırır. Hətta bunun üçün “Allyans Arena”da xüsusi qrafik görüntü hazırlanıb.

Qeyd edək ki, 2015-ci ildən “Bavariya”da çıxış edən Coşua Kimmixin müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.