“Sabah”ın baş məşqçisi postuna əsas namizəd olan Murad Musayev mümkün keçidə münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, 38 yaşlı mütəxəssis Rusiya mətbuatına açıqlamasında paytaxt klubunun sükanı arxasına keçəcəyini istisna etməyib.
Bakıya gələrək “Sabah” rəhbərliyi ilə görüşən və daha sonra ölkəsinə qayıdan “Krasnodar”ın sabiq çalışdırıcısı konkret fikir bildirməkdən imtina edib: “Rəsmi açıqlamadan əvvəl heç nə şərh edə bilmərəm. Ona görə də bu məlumatı təsdiqləyə bilmərəm”.
Qeyd edək ki, Rusiya KİV-i Murad Musayevin “Sabah”la anlaşdığını və tezliklə komandanın sükanı arxasına keçəcəyini yazıb.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir