Murad Musayev onu “Sabah”da istəmir
04.04.2022 - 16:52
Murad Musayev onu “Sabah”da istəmir

Avrokuboklara vəsiqə şansını hələ də davam etdirən “Sabah”ın başı yayda heyətində aparacağı islahatlara qarışıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Murad Musayev sərəncamında görmək istəmədiyi daha bir futbolçunu müəyyənləşdirib.

Rusiyalı mütəxəssis qapıçı Səlahət Ağayevin xidmətində maraqlı deyil. Çalışdırıcı son iki turda ehtiyatda saxladığı Azərbaycan millisinin qolkiperi ilə yeni müqavilə imzalanmasını istəmir. Rəhbərlik də onunla həmfikir olsa, 31 yaşlı qapıçı mövsümün sonunda azad agent kimi komandanı tərk edəcək. Çünki onun sözləşməsi iyunun sonuna qədərdir.

Qeyd edək ki, Səlahət Ağayev “Sabah”a mövsümün əvvəlində “Neftçi”dən keçib.