“Birinci hissəni çox yaxşı keçirdik. Müdafiədən hücuma sürətli keçidlər etdik.
Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının XII turunda “Keşlə” üzərində 2:1 hesablı qələbə qazandıqları oyun barədə danışarkən deyib.
Rusiyalı mütəxəssis matçdan sonra CBC Sport-a açıqlamasında qalibiyyəti dəyərləndirib: “İkinci hissədə ilk yarıdakı tempdə oynaya bilmədik. Bunu fiziki durumla əlaqələndirərdim. Çox çalışqan futbolçularımız var. Bizim əsas məqsədimiz hər məşqdə inkişaf etməkdir. Əsas odur ki, keyfiyyətli oyunla nəticə qazanaq. Komanda buna nail olmağa çalışır”.