Namik cəzalandı, məğlubiyyətə üzüldü
20.11.2021 - 21:58
Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyə çempionatında növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, təmsilçimiz “Bursaspor”un heyətində 1-ci liqanın XII turunun iştirakçısı olub.
Namik “İstanbulspor”la ev matçına start heyətində çıxıb. Ortababların duelində qonaqlar 4:2 hesablı qələbəyə seviniblər.
Qarşılaşmanı əvəzolunmadan keçirən futbolçumuz 28-ci dəqiqədə Batuhan Korun qolunun ötürməsini verib. 10 dəqiqə sonra Ələskərov sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, 12 oyunda 14 xal toplayan Bursa təmsilçisi 19 komanda arasında 11-cidir.
0
0