Namik Ələskərov baş məşqçisiz qaldı
07.03.2022 - 10:02
Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun formasını geyindiyi “Bursaspor” baş məşqçisi Tamer Tuna ilə yollarını ayırıb.
Apasport.az saytının məlumatına görə, bu barədə klub açıqlama yayıb.
Bildirilib ki, TFF I Liqa təmsilçisi Tuna ilə qarşılıqlı anlaşaraq müqaviləyə xitam verib. Buna səbəb komandanın uğursuz çıxışıdır.
Qeyd edək ki, “Bursaspor” 25 turdan sonra 25 xalla 18-ci pillədə qərarlaşır.
0
0