Namik Ələskərovla bağlı qərar verildi
01.04.2022 - 10:22
Namik Ələskərovla bağlı qərar verildi

Azərbaycan millisinin hücumçusu Namik Ələskərov klubu “Bursaspor”da tibbi müayinədən keçib.

Apasport.az saytının məlumatına görə, yığmanın düşərgəsində zədələnən 27 yaşlı oyunçunun vəziyyətinin yaxşı olduğu müəyyənləşib.

TFF I Liqasının XXX turunda “Keçiörengücü”nün qonağı olacaq bursalılar Ələskərovu da Ankaraya aparmaq qərarına gəlib. Baş məşqçi Mustafa Er onunla yanaşı, zədəsini yenicə sağaldan daha 3 oyunçunu səfər matçına aparacaq. Çalışdırıcı “Keçiörengücü” ilə görüşdə Ələskərovu start heyətində meydana buraxmağı planlaşdırır.

Qeyd edək ki, sabah keçiriləcək “Keçiörengücü” – “Bursaspor” oyunu Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.