Namik Ələskərovun komandası sabiq baş məşqçisini qaytardı
07.03.2022 - 17:11
Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, onun formasını geyindiyi “Bursaspor” yeni çalışdırıcısının adını açıqlayıb.
TFF I Liqa təmsilçisi Mustafa Erlə anlaşıb. 42 yaşlı yaşlı mütəxəssis bununla doğma komandasına qayıdıb. O, əvvəlki dönəmlərdə də müxtəlif illərdə “timsah”a rəhbərlik edib. Mustafa Er bu postda yenicə istefaya göndərilən Tamer Tunanı əvəzləyib.
Qeyd edək ki, Mustafa Er 2018 və 2020-ci illərdə də “Bursaspor”u çalışdırıb.
0
0