Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyə çempionatında növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, təmsilçimizin şərəfini qoruduğu “Bursaspor” 1-ci liqanın XXXV turunda “Manisa” ilə qarşılaşıb.
Səfər maçında erkən qol buraxan Bursa təmsilçisi sonradan üç top vuraraq əzmkar qələbə qazanıb – 3:1. Start heyətində meydana çıxan Namik fasilədə əvəzlənib.
Bu qələbədən sonra “Bursaspor” xal hesabını 38-ə çatdırıb. 17-ci yerə yüksələn komanda növbəti oyununu mayın 8-də “Ümraniyəspor”a qarşı keçirəcək.
Qeyd edək ki, 1-ci liqada 16-19-cu yerləri tutan 4 komanda aşağı dəstəyə yuvarlanacaq.