Nani A seriyasına qayıdır
15.01.2022 - 00:26
Portuqaliya millisinin sabiq futbolçusu Luiş Nani yenidən İtaliya A seriyasında çıxış edə bilər.
Apasport.az saytının məlumatına görə, 36 yaşlı vinger “Venetsiya” ilə müqavilə imzalamağa yaxındır.
MLS-də çıxış edən “Orlando” ilə anlaşması başa çatan Nani yeni klubuna azad agent kimi qoşulacaq. “Mançester Yunayted”in sabiq futbolçusu İtaliyada da oynayıb.
O, 2017/18 mövsümündə “Latsio”nun formasını geyinib. “Cenoa” və “Bolonya”ya da təklif olunan Naninin keçidinə “Venetsiya” ehtiyac duyub.
Qeyd edək ki, “Orlando”da 88 matça çıxan portuqaliyalı 31 qol vurub.
0
0