Naqelsmann “Bavariya”da görmək istədiyi futbolçuların adlarını açıqladı
06.04.2022 - 22:48
Naqelsmann “Bavariya”da görmək istədiyi futbolçuların adlarını açıqladı

“Bavariya”nın baş məşqçisi Yulian Naqelsmann komandasında görmək istədiyi futbolçuların adlarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis, xüsusən də, iki oyunçunu sərəncamında görmək arzusunda olduğunu etiraf edib.

Ancaq Naqelsmann bunun mümkünsüzlüyünü də dərk edir: “Kilian Mbappe istənilən komandanı gücləndirər. Həmçinin Frenki de Yonq da əla oyunçudur. Lakin onların hər ikisi bizim maliyyə imkanlarımız xaricindədir”.

Qeyd edək ki, PSJ-nin hücumçusu Kilian Mbappe mövsümün sonunda azad agent statusu alacaq. Frenki de Yonqun “Barselona” ilə müqavilə müddəti isə 2026-cı ilin yayına qədərdir.