Nazarov liderə qarşı 80 dəqiqə oynadı
01.02.2020 - 01:32
Nazarov liderə qarşı 80 dəqiqə oynadı

Almaniya II Bundesliqasında XX tura start verilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi "Aue" turun açılış oyununda meydana çıxıb.

Adıçəkilən komanda lider "Arminiya"nı qəbul edib. Qolsuz bərabərliklə nəticələnən görüşdə start heyətində meydana çıxan Nazarov 80 dəqiqə mübarizə aparıb. Yarımmüdafiəçi sona 10 dəqiqə qalmış baş məşqçi tərəfindən əvəzlənib.

Bu nəticədən sonra "Aue" 30 xalla 6-cı pillədə qərarlaşır.