Nazarov əvəzləndi, komandası uduzdu
07.12.2019 - 18:54
Nazarov əvəzləndi, komandası uduzdu

Almaniyanın 2-ci Bundesliqasında XVI tur davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” səfərdə “Hannover”lə qarşılaşıb.

Meydan sahibləri bu görüşdə 3:2 hesabı ilə qalıb gəlib. Start heyətində meydana çıxan D.Nazarov 85-ci dəqiqədə əvəzlənib. Yarımmüdafiəçimiz meydanı tərk edərkən hesab 2:2 olsa da, onun yoxluğunda komandası daha bir top buraxıb.

Qeyd edək ki, 16 oyunda 23 xal toplayan “Aue” 6-cı pillədə qərarlaşıb.

0
Dmitri Nazarov Aue II bundesliqa