Nazarov əvəzləndi, komandası uduzdu 
08.03.2020 - 18:29
Nazarov əvəzləndi, komandası uduzdu 

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniya çempionatında növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, milliləşən legioner 2-ci Bundesliqanın XXV turunun iştirakçısı olub.

Yarımmüdafiəçinin şərəfini qoruduğu “Aue” Drezdendə “Dinamo” ilə görüşüb. Nazarov bu matça start heyətində çıxıb.

“Aue” erkən qolla hesabı açsa da, üstünlüyünü əldən verərək uduzub – 1:2. Dmitri 65-ci dəqiqədə əvəzlənərək meydanı tərk edib.

Qeyd edək ki, 25 oyundan sonra 34 xala malik “Aue” 8-ci pillədə qərarlaşıb.