Nazim Süleymanovdan ilk, Mahir Emrelidən davam – Çempionlar Liqasında qol sevinci
07.07.2021 - 21:02
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Legiya” klubunda rəsmi debütünü qolla qeyd edib.
Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu Çempionlar Liqasının I təsnifat mərhələsinin “Bodo Qlimt”lə səfər matçında fərqlənib.
O, həm də xarici klubun heyətində Çempionlar Liqasında qol vurmağı bacaran azərbaycanlılar siyahısına düşüb.
Bunu bacaran ilk futbolçu isə Nazim Süleymanov olub. O, əfsanəsinə çevrildiyi “Alaniya”nın heyətində 1996-cı ildə “Reyncers”lə ev matçında (2:7) qol sevinci yaşayıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0