Nazirlik tələb etdi, oyunun startı dayandırıldı
08.03.2020 - 16:13
Nazirlik tələb etdi, oyunun startı dayandırıldı

İtaliya İdman Nazirliyi futbol üzrə ölkə çempionatının dərhal dayandırılmasını tələb edib.

Apasport.az saytının məlumatına görə, buna ölkədə yayılan koronavirus epidemiyası səbəb olub.

Nazirliyin bəyanatı A seriyasının “Parma” – “Spal” oyunu ilə eyni vaxta təsadüf edib. Bakı vaxtı ilə saat 15:30-da başlamalı olan görüşün də startı dayandırılıb.

Futbolçular oyuna çıxdığı vaxt verilən qərar üzündən onlar yenidən soyunub-geyinmə otağına qayıdıblar.