PSJ-nin hücumçusu Neymar gələcək planları barədə məlumat verib.
Apasport.az saytı xəbər verir ki, Braziliya millisinin üzvü ABŞ-da çıxış etmək, həmçinin doğma klubu “Santos”a qayıtmaq arzusundadır.
30 yaşlı superulduz, xüsusən də, MLS-də bir mövsüm keçirməyi düşünür: “Həqiqətən də, yenidən “Santos”da oynamaq istəyirəm. Bu şəhərdə, gözəl stadionunda oyunlar keçirmək üçün çox darıxmışam. Eyni zamanda ən azı bir mövsüm ABŞ-da oynamaq istəyirəm. MLS qısa çempionatdır, 4-5 aylıq istirahət imkanınız olur”.
Qeyd edək ki, PSJ ilə müqavilə müddəti 2025-ci ilin yayına qədər olan Neymar cari mövsüm 16 oyunda 4 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.