“AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinə rəhbərik etdim. Bu, mənim üçün böyük mübarizə oldu”.
Apasport.az saytının məlumatına görə, bu fikirlər Azərbaycan milli komandasının sabiq baş məşqçisi Nikola Yurçeviçə məxsusdur.
AVRO-2020-nin seçmə mərhələsindəki uğursuz çıxışa görə vəzifəsindən kənarlaşdırılan xorvatiyalı feysbuk səhifəsində paylaşım edib. N.Yurçeviç yenə belə fürsət gözlədiyini gizlətməyib: “Yığmadakı hər andan həzz aldım. Hər kəsə təşəkkür etmək istəyirəm: futbolçulara, köməkçilərə, dəstək verənlərə, AFFA-ya... İndi isə səbirsizliklə yeni fürsətləri gözləyirəm”.
Qeyd edək ki, N.Yurçeviçin rəhbərliyi altında keçirilən 8 seçmə oyunundan yeddisində uduzan millimiz yalnız bir heç-heçəyə nail olub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı