Noyerə Premyer Liqadan təklif
27.03.2020 - 11:33
Noyerə Premyer Liqadan təklif

"Bavariya"nın qapıçısı Manuel Noyer İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Apasport.az saytının məlumatına görə, "Çelsi" 34 yaşlı qolkiperlə maraqlanır.

Yeni uzunmüddətli müqavilə tələbini Münhen klubu qəbul etmədiyindən, Almaniya millisinin üzvü komandasını dəyişmək fikrinə düşüb. Ancaq londonlular onun istəyini qarşılamağa hazırdır. Noyer müsbət cavab verərsə, "zadəganlar" hazırkı qapıçıları Kepa Arrizabalaqanı transferə çıxaracaq.

Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən "Bavariya"nın qapısını qoruyur.