Noyerə ən çox qol vuran futbolçular – Lider Bundesliqada oynamayıb
19.01.2022 - 15:22
Noyerə ən çox qol vuran futbolçular – Lider Bundesliqada oynamayıb

“Bavariya”nın kapitanı Manuel Noyer artıq uzun müddətdir dünyanın bir nömrəli qapıçısı sayılır.

Apasport.az saytının məlumatına görə, Almaniya millisinin üzvü möhtəşəm qurtarışları ilə dövrünün ən yaxşısı hesab edilir.

Almaniya mətbuatı onunla bağlı maraqlı araşdırma aparıb. 36 yaşlı qolkiperə ən çox qol vuran futbolçuların adları açıqlanıb. Maraqlıdır ki, siyahıya heç vaxt Bundesliqada çıxış etməyən Kriştiano Ronaldo başçılıq edir. Çempionlar Liqasının 9 matçında Noyeri 9 dəfə məyus edən portuqaliyalı superulduz 1 qolu da millisinin heyətində vurub.

İkinci yerdə qərarlaşan Marko Roysa ulduz qapıçının qapısına 9 dəfə yol tapmaq üçün 30 oyun lazım gəlib. Noyerin hazırkı komanda yoldaşı Robert Levandovski isə Dortmund “Borussiya”sında olarkən onu 7 dəfə topu tordan çıxarmağa məcbur edib.

1. Kriştiano Ronaldo - 10 qol
2. Marko Roys – 9 qol
3. Robert Levandovski - 7 qol
4-5. Ştefan Kisslinq - 6 qol
Martin Harnik - 6 qol
6-10. Erlinq Haland - 5 qol
Martin Hinteregger - 5 qol
Antuan Qrizmann - 5 qol
Qrafite - 5 qol
Edin Dzeko - 5 qol