Obameyanqın maaşını kim verəcək?
03.02.2022 - 23:40
Obameyanqın maaşını kim verəcək?

Azad agent statusu ilə “Barselona”ya keçən Pyer-Emerik Obameyanqın “Arsenal”la müqaviləsinə hansı şərtlərlə xitam verilməsi bəlli olub.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu sabiq kapitanı ilə vidalaşsa da, onun maaşını ödəməli olacaq.

Londonlular qabonlu hücumçuya 6 ay maaş verəcək. “Topçular” bu vəsaiti birdəfəlik deyil, aybaay ödəyəcək.

Obameyanq “Arsenal”da həftəyə 350 min funt sterlinq qazanırdı. London klubunun bu vəsaiti tam ödəyib-ödəməyəcəyi dəqiqləşməyib. “Barselona” isə hücumçuya yaya qədər həftədə cəmi 5 min avro verəcək.

Qeyd edək ki, belə durum “Arsenal” üçün yenilik deyil. “Fənərbaxça”ya keçən Məsut Özil də yarım il ərzindəki maaşının 90 faizini alıb.