Olivye Jiru köçür - İtaliyaya
19.02.2020 - 17:50
“Çelsi”nin hücumçusu Olivye Jiru İtaliyaya köçə bilər.
Apasport.az saytının məlumatına görə, “Latsio” Fransa millisinin hücumçusunun keçidində maraqlıdır.
33 yaşlı oyunçunun mövsümün sonunda Roma klubuna qoşulması gözlənilir. Çünki “Latsio” rəhbərliyi Jirunun ilkin razılığını alıb. “Çelsi” ilə müqavilə müddəti iyunun sonunda başa çatacaq futbolçu italyanlara havayı başa gələcək.
Qeyd edək ki, Olivye Jiru cari mövsüm 7 oyunda meydana çıxıb, 1 qol vurub.
0
0