İngiltərənin “Çelsi” klubunun futbolçusu Olivye Jiru karyerasını İtaliya A seriyasında davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, London təmsilçisi müqaviləsi 2020-ci ilin yayında başa çatacaq fransalı hücumçu ilə anlaşmanı uzatmayacaq.
Qətərə yollanan Mario Mancukiçin yerinə forvard axtaran “Yuventus” isə 33 yaşlı fransalının xidmətində maraqlıdır. Düzdür, Fransa təmsilçisi “Bordo” və İtaliya “İnter”i də O.Jirunu heyətində görmək istəyir. Lakin “Yuventus”un şərtlərinin daha cəlbedici olacağı gözlənilir.
Qeyd edək ki, cari mövsümdə “Çelsi”də bütün turnirlərdə 7 oyun keçirən hücumçu cəmi 1 qol vurub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı