KONKAKAF Surinamın vitse-prezidenti Ronni Bryunsviyk barədə araşdırma aparacaq.
Apasport.az saytının məlumatına görə, buna səbəb ölkəsində “İnter” klubunun da prezidenti olan 60 yaşlı biznesmenin digər komandanın oyunçularına pul verməsi iddiasıdır.
Məsələ ilə bağlı bəyanat yayan KONKAKAF İntizam Komitəsinin çəkilən videoları araşdıracağını açıqlayıb: “Sosial mediada paylaşılan videoların məzmunundan son dərəcə narahatıq. Bu da matçla bağlı potensial ədalət problemlərini gündəmə gətirir. Bununla bağlı rəsmi araşdırmaya başlanılacaq və KONKAKAF İntizam Komitəsinə göndəriləcək”.
Qeyd edək ki, Ronni Bryunsviyk KONKAKAF Liqasında “İnter”in heyətində Honduras “Olimpiya”sına qarşı keçirilən matçda 54 dəqiqə futbol oynayıb. Görüş honduraslılıarın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər