Ölkəsinin ən yaxşısı seçildi – “Bavariya”nın müdafiəçisi
04.12.2020 - 09:44
Ölkəsinin ən yaxşısı seçildi – “Bavariya”nın müdafiəçisi

Kanadada 2020-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Almaniyanın “Bavariya” klubunun müdafiəçisi Alfonso Devis bu ada layiq görülüb.

20 yaşlı oyunçu ölkəsinin ən yaxşısı mükafatını ilk dəfə qazanıb. Kanada millisinin baş məşqçisi Con Herdman bildirib ki, Devisə verilən mükafat gənc nəslə stimul verəcək. Alfonso geridə qalan mövsüm Bundesliqa, Almaniya kuboku, Superkuboku və Çempionlar Liqasını qazanıb.

Qeyd edək ki, UEFA-nın açıqladığı ilin rəmzi komandasına 50 namizəddən biri olan Alfonso Devis eyni zamanda dünyanın ən bahalı gənc futbolçusu hesab edilib.
 

0