Ölkəsinin tarixinə düşdü - Bundesliqada debüt etməklə 
19.01.2020 - 14:57
Ölkəsinin tarixinə düşdü - Bundesliqada debüt etməklə 

Dortmund "Borussiya"sının futbolçusu Covanni Reyna Almaniya Bundesliqasının tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, gənc yarımmüdafiəçi buna çempionatın XVIII turunda "Auqsburq"la səfər qarşılaşmasında nail olub.

Görüşün 72-ci dəqiqəsində Torqan Azarı əvəzləyən Reyna 17 yaş 66 günlüyündə Bundesliqada debüt edib. Bununla o, ABŞ tarixinin Almaniya çempionatında çıxış edən ən gənc futbolçusu ünvanına yiyələnib. Reyna bu baxımdan dortmundluların sabiq üzvü Kristian Pulişiçə məxsus rekordu yeniləyib.

Qeyd edək ki, "Ausqburq" - "Borussiya" oyunu ikincilərin 5:3 hesablı qələbəsi ilə başa çatıb.