Omar Haninin durumuna aydınlıq gəldi
10.03.2022 - 10:23
“Qəbələ”nin yarımmüdafiəçisi Omar Haninin durumuna aydınlıq gəlib.
Baş məşqçi Elmar Baxşıyev apasport.az saytına iordaniyalı futbolçunun zədəsinin ciddi olmadığını söyləyib.
Premyer Liqanın XVIII turunda “Qarabağ”la (1:5) keçirilən qarşılaşmanın 9-cu dəqiqəsində zədələnərək əvəzlənən 23 yaşlı pleymeyker dünən MRT-dən keçib. Nəticədə vəziyyətin qorxulu olmadığı üzə çıxıb. Baxşıyev aparıcı oyunçusunun növbəti turda “Zirə” ilə görüşə hazır olacağını vurğulayıb.
Qeyd edək ki, “Qəbələ” – “Zirə” oyunu martın 13-də keçiriləcək.
0
0