“Neftçi”nin müdafiəçisi Ömər Buludovun durumuna aydınlıq gəlib.
Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 23 yaşlı cinah oyunçusunun zədəsi ciddi deyil.
Azərbaycan Premyer Liqasının IX turunda “Qarabağ”la (0:4) qarşılaşmanın birinci hissəsində zədələnərək 37-ci dəqiqədə əvəzlənən Buludov tibbi müayinədən keçib. Məşqçilər korpusunun qorxduğu kimi, oyunçuda hər hansı çıxıq, çat və ya sınıq aşkarlanmayıb.
Epizodların birində rəqibin hücumçusu İbrahima Vadjinin dizi kürəyinə tuş gələn Ömərdə əzilmə olub ki, bu da oynamasına hər hansı maneə törətmir. O, “Keşlə” ilə X tur matçında məşqçilər korpusunun sərəncamında ola biləcək.
Qeyd edək ki, “Keşlə” – “Neftçi” oyunu noyabrın 6-da “ASK Arena”da keçiriləcək.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir