"Leqanes"in hücumçusu Ovusu Kvabenanın karyerasını "Qarabağ"da davam etdirəcəyi dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, bu barədə İspaniya mətbuatı xəbər yayıb.
Bildirilib ki, qalmaqallı şəkildə də olsa icarə əsasında oynadığı "Kordoba"dan ayrılan Qana millisinin üzvünün Azərbaycan klubuna keçidi məsələsi həllini tapıb. "Qarabağ" həm "Leqanes"lə, həm də oyunçunun özü ilə hərtərəfli anlaşma əldə edib. Kvabena yaxın günlərdə "Qarabağ"a qoşulacaq və rəsmi müqaviləyə qol çəkəcək. Ancaq onun transferinin detalları barədə məlumat verilməyib.
Kvabenanın "Qarabağ"ı seçməsinin səbəbi Azərbaycan çempionunun elita təmsilçisi olması və avrokuboklarda müntəzəm iştirak etməsi göstərilir. Son iki ili icarə əsasında aşağı liqalarda oynayan 4 klubda keçirən 23 yaşlı forvard "Qarabağ" dönəmini karyerasının yeni erası kimi görür.
Qeyd edək ki, Ovusu Kvabenanın "Leqanes"lə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək