Oynadıqlarımız, oynamadıqlarımız - püşkə baxış
03.03.2020 - 11:05
Oynadıqlarımız, oynamadıqlarımız - püşkə baxış

Bu gün Millətlər Liqasında 2020/21 mövsümünün püşkü atılacaq.

Apasport.az saytının məlumatına görə, C liqasında mübarizə aparacaq Azərbaycan millisinin də rəqibləri bəlli olacaq.

4-cü səbətdə yer alan yığmamızın 12 mümkün rəqibi var. Komandamızın rəqibləri ilk üç səbətdəki yığmalar arasından bəlli olacaq. Bu 12 yığmadan 10-u ilə əvvəllər də qarşılaşan millimiz yalnız Yunanıstan və Sloveniya ilə görüşməyib.

Estoniya (8), Şimali Makedoniya (7) və Gürcüstan (6) ən çox qarşılaşdığımız komandalardır. Ən münasib rəqib isə 3 dəfə məğlub etdiyimiz Lixtenşteyn sayılır. Gürcüstan üzərində isə iki qələbəmiz var.

Qeyd edək ki, potensial rəqiblərimizlə ümumilikdə 41 oyun baş tutub. 10 dəfə qalib gələn komandamız 13 heç-heçə edib və 18 dəfə uduzub. Milli qarşılaşdığı 10 mümkün rəqibdən yeddisinə qalib gəlib.

I səbət

Gürcüstan

6

2

2

2

6-8

Albaniya

5

1

1

3

3-5

Monteneqro

1

0

0

1

0-2

Yunanıstan

0

0

0

0

0-0

II səbət

Kipr

1

1

0

0

2-0

Belarus

3

1

1

1

3-3

Şimali Makedoniya

7

0

2

5

5-14

Kosovo

2

0

1

1

0-4

III səbət

Lixtenşteyn

5

3

1

1

8-2

Litva

3

1

1

1

2-2

Estoniya

8

1

4

3

5-8

Sloveniya

0

0

0

0

0-0