Oyununu yayımlayacaq telekanal müəyyənləşdi - "Neftçi"nin
05.08.2021 - 17:20
Oyununu yayımlayacaq telekanal müəyyənləşdi - "Neftçi"nin

“Neftçi”nin Avropa Liqasının III təsnifat mərhələsində Finlandiyanın HİK klubu ilə keçirəcəyi cavab matçını yayımlayacaq telekanal müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, avqustun 12-si Bakı vaxtı ilə saat 20:00-da “Bolt Arena” stadionunda baş tutacaq oyun “İdman TV” vasitəsilə canlı yayımlanacaq.

Bu komandalar arasında “Bakcell Arena”da keçirilən ilk oyun 2:2 hesabı ilə nəticələnib.