Öz yetirmələrinə ən çox güvənən klubların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, “Böyük beşlik” liqalarında rekord “Atletik”ə məxsusdur.
Bilbao təmsilçisinin yetirmələri hətta meydanda çoxluq təşkil edir – 55,8 faiz. İlk “üçlük”də İspaniyanın daha iki klubu “Real Sosyedad” və “Selta” yer alıb. “Top-10”da İspaniya 5, Fransa 3, Almaniya 2 klubla təmsil olunub.
“Böyük beşlik”də yetirməsinə 1 dəqiqə də olsun güvənməyən klublar da var. Bunlar “Brentford”, “Uotford”, “Elçe”, “Bayer”, “Union”, “Venetsiya”, “Bolonya” və “Udineze”dir.
Qeyd edək ki, futbolçu 15-21 yaş arası dövrdə ən azı 3 il keçirdiyi klubun yetirməsi hesab olunur.
1. “Atletik” (İspaniya) – 55,8
2. “Real Sosyedad” (İspaniya) – 43,9
3. “Selta” (İspaniya) – 41,2
4. “Sent-Etyenn” (Fransa) – 35,0
5. “Monpelye” (Fransa) – 34,5
6. “Lion” (Fransa) – 33,1
7. “Mayns” (Almaniya) – 32,9
8. “Barselona” (İspaniya) – 31,7
9. “Frayburq” (Almaniya) – 31,3
10. “Espanyol” (İspaniya) – 29,9