PSJ 17 yaşlı futbolçuya elçi düşdü
29.03.2020 - 10:34
Fransanın PSJ klubu İspaniya yığmasının futbolçusu Xavyer Serranonu transfer etmək istəyir.
Apasport.az saytının məlumatına görə, ölkəsinin U-18 millisində çıxış edən yarımmüdafiəçi “Atletiko”nun şərəfini qoruyur.
Mərkəz yarımmüdafiəçisinin müqaviləsinə əsasən keçid qiyməti 26 milyon avrodur. Onun anlaşması 2022-ci ilin yayında başa çatacaq.
Lakin Paris təmsilçisi müqavilənin bitməsini gözləmək niyyətində deyil. Fransalılar qiyməti aşağı salıb bu yay Serranonu heyətinə qatmaqda maraqlıdır.
0
0