PSJ Mbappeni itirdi
20.01.2022 - 22:21
PSJ-nin hücumçusu Kilian Mbappe zədələnib.
Apasport.az saytının məlumatına görə, 24 yaşlı forvard bir müddət yaşıl meydanlardan uzaq qalmaq təhlükəsi ilə üzləşib.
Paris klubu onun durumu ilə bağlı məlumat paylaşıb. Həmçinin digər hücumçu Neymarın gələn həftədən məşqlərə başlayacağı bildirilib: “Mbappe sol topuğundakı ağrılardan müalicə olunur. Sabah durumu ilə bağlı dəqiq məlumat əldə edəcəyik”.
Qeyd edək ki, Kilian Mbappe bu mövsüm Liqa1-də 19 oyuna çıxıb, 10 qol vurub.
0
0