PSJ braziliyalı hücumçunu alır
01.04.2022 - 00:43
PSJ braziliyalı hücumçunu alır

“Ayaks”ın hücumçusu Antoni Fransaya köçməyə yaxındır.

Apasport.az saytının “sport-express.ru”ya istinadən məlumatına görə, Paris təmsilçisi 22 yaşlı forvardı transfer etməyə hazırlaşır.

Braziliya millisinin üzvü “Barselona”, “Mançester Yunayted” və “Bavariya”nın da maraq dairəsindədir. Lakin PSJ bu mübarizədə daha şanslı hesab olunur. Antoninin transfer qiyməti 35 milyon avroya bərabər göstərilir.

Qeyd edək ki, Antoni bu mövsüm “Ayaks”ın heyətində 33 oyunda 12 qol vurub, 10 məhsuldar ötürmə verib.