PSJ-də ciddi itki - "Borussiya" ilə oyunu buraxa bilər
24.01.2020 - 13:32
PSJ-də ciddi itki - "Borussiya" ilə oyunu buraxa bilər

Fransa Liqa Kubokunun yarımfinalında "Reyms" üzərində 3:0 hesablı qələbə qazanan PSJ bir futbolçusunu itirib.

Apasport.az saytının məlumatına görə, həmin qarşılaşmada Paris klubunun müdafiəçisi Markinyoş zədələnib.

Oyunda ilk qolun müəllifi olan Braziliya millisinin üzvü 71-ci dəqiqədə belindən xəsarət alaraq əvəzlənib. Tibbi müayinədən sonra 26 yaşlı oyunçunun ən azı 3 həftə komandasına kömək edə bilməyəcəyi açıqlanıb. Onun Çempionlar Liqasının 1/8 final mərhələsində fevralın 19-da Dortmund "Borussiya"sı ilə görüşə yetişib-yetişməyəcəyi məlum deyil.

Qeyd edək ki, Fransa Liqa Kubokunda finala yüksələn PSJ-nin həlledici matçdakı rəqibi "Lion" olacaq. Bu qarşılaşma aprelin 4-də baş tutacaq.