PSJ-də 3 itki
26.02.2022 - 00:37
PSJ Fransa Liqa1-nin XXVI turuna itkilərlə çıxacaq.
Apasport.az saytının məlumatına görə, Paris təmsilçisi “Sent-Etyen”lə qarşılaşmada 3 futbolçusunun xidmətindən məhrum olacaq.
Bunlar müdafiəçi Serxio Ramos və yarımmüdafiəçilər Leandro Paredeslə Ander Erreradır. Hər üç futbolçu zədədən əziyyət çəkdiyi üçün görüşün iştirak ərizəsinə salınmayıb. Onlar gələn həftədən məşqlərə başlayacaq.
Qeyd edək ki, PSJ – “Sent-Etyen” oyunu bu gün keçiriləcək.
0
0