PSJ-də itki
11.03.2022 - 09:39
PSJ-də itki

PSJ daha bir itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Fransa klubu yarımmüdafiəçisi Anhel di Mariyanın xidmətindən məhrum olub.

Argentinalı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real”la səfər oyununda (1:3) zədələnib. Cənubi amerikalı üç həftə meydanlardan kənar qalacaq.

Qeyd edək ki, PSJ iki oyunun nəticəsində (1:0, 1:3) “Real”a uduzaraq mübarizəni dayandırıb.