PSJ-də daha bir itki
26.02.2022 - 16:12
PSJ daha bir itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, bunu Paris klubunun mətbuat xidməti açıqlayıb.
Müdafiəçi Əşrəf Hakimi “Sent-Etyenn”lə qarşılaşmada komandasına kömək edə bilməyəcək. O, XXVI turu zədə üzündən buraxacaq. 23 yaşlı mərakeşlinin bərpası üçün 48-72 saat vaxt tələb olunur.
Qeyd edək ki, Hakimi mövsümün 29 matçında 3 qol vurub.
0
0