PSJ-dən gedir – Almaniyaya qayıdır
13.08.2021 - 11:33
Fransanın PSJ klubu daha bir futbolçusu ilə vidalaşacaq.
Apasport.az saytının məlumatına görə, Liqa1 təmsilçisinin müdafiəçisi Tilo Kerer Almaniyaya qayıtmağa yaxındır.
24 yaşlı almaniyalı “Bayer”lə danışıqları yekunlaşdırmaq üzrədir. Onun Paris təmsilçisi ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
Qeyd edək ki, Tilo ötən mövsüm 33 oyun keçirib.
0
0