PSJ-dən növbəti təklif - 5 illik müqavilə
28.03.2020 - 00:00
PSJ-dən növbəti təklif - 5 illik müqavilə

PSJ "Napoli"nin müdafiəçisi Kalidu Kulibalinin transferində israrlıdır.

Apasport.az saytının məlumatına görə, Fransa çempionu bu transferlə bağlı işlərini davam etdirir.

Paris təmsilçisi 28 yaşlı mərkəz müdafiəçisinə 5 illik müqavilə təklif etməyə hazırlaşır. Keçid baş tutarsa, 28 yaşlı oyunçunun yeni klubunda illik məvacibi 10 milyon avro təşkil edəcək. Yayılan məlumata görə, Seneqal millisinin üzvü artıq Parisdən 4 milyon avroya villa alıb.

Qeyd edək ki, "Napoli" Kulibalinin transferindən minimum 100 milyon avroluq qazanc götürməyi planlaşdırır.