Özünü PSJ-nin futbolçusu kimi qələmə verən fırıldaqçı həbs olunub.
Apasport.az saytının məlumatına görə, gənclər arasında Fransa kubokunun “Lizye” – PSJ oyununa yollanan 28 yaşlı fransalı otel haqqını ödəməmək üçün özünü paytaxt klubunun futbolçusu kimi təqdim edib.
O, qaldığı iki gecə üçün 227,4 avro ödəməkdən yayınıb. Oteli tərk edərkən hesabı agentinə göndərmək üçün verdiyi telefon nömrəsi də saxta çıxıb. Fırıldaqçı yalnız 4 aydan artıq müddət sonra məhkəmə önünə çıxarılıb. PSJ-nin “futbolçusuna” 2 ay həbs cəzası verilib.
Qeyd edək ki, bu qarşılaşmada PSJ 5:1 hesabı ilə qalib gəlib.