PSJ-nin Neymarla Messi PLANI
12.03.2022 - 11:54
PSJ-nin hücumçuları Lionel Messi və Neymarın gələcək karyeraları ilə bağlı planları bəlli olub.
Apasport.az saytının məlumatına görə, cənubi amerikalılar Fransa klubunda qalmaq niyyətindədir.
Messi və Neymar növbəti mövsümdə də Paris təmsilçisinin uğurları üçün çalışmağı planlaşdırır. Liqa1 klubu Neymarı 100 milyon avroya satmaq arzusunda olsa da, braziliyalı bu barədə düşünmür.
Qeyd edək ki, PSJ “Real”a uduzduqdan sonra (1:0, 1:3) Çempionlar Liqası ilə vidalaşıb.
0
0